Traktor un oyununun yeri dəyişdirildi

03.12.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İran Premmiyer Liqasının oyunlarının 12-ci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Xuzistan əyalətinin "İstiqlal" komandasının qarşılaşmasının keçiriləcəyi yer dəyişdirilib.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Məlumata görə, dekabrın 4-ü yerli vaxtla saat 17:30-da Təbrizin Səhənd (Yadiqarı imam) stadionunda keçirilməsi nəzərdə tutulan qarşılaşma, Təbrizin daha kiçik olan "Bonyan dizel" stadionunda baş tutacaq.

Əlaqədar qurumlar bunun Səhənd stadionunun çimən örtüyünün yenilənməsi işinin bitməməsi ilə bağlı olduğunu iddia ediblər.

Qeyd edək ki, uzun müddətdir Səhənd stadionunda çimən örtüyünün dəyişdirilməsi ilə bağlı işlərin aparıldığı bildirilsə də, bu, bu günə kimi həll olmayıb.

Yerli idman azarkeşləri və fəallar isə bu iddiann həqiqəti əks etdirmədiyini, haimiyyətin on minlərlə azərbaycanlı azarkeşin stadiona toplaşmasından ehtiyat etdiyi üçün "Traktor"un ev oyunlarının daha az tutumlu stadiona saldığını bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью