“Traktor” yenə qələbə qazandı

07.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təbrizin “Traktor” futbol komandası İran Premyer Liqanın 19-cü həftəsinin oyunları çərçivəsində növbəti qarşılaşmasını keçirib.

Axar.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi İsfahanın “Zob Ahən” komandası ilə üz-üzə gəlib.

Fevralın 6-ı yerli vaxtla saat 16:10-da İsfahanın “Fuladşəhr” stadionunda baş tutan qarşılaşma Təbriz təmsilçisinin 1-0 hesablı qələbəsi ilə nəticələnib.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Traktor2 liderliyini qoruyub saxlayıb.

“Zob Ahən” 24 xalla 7-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью