Traktorda sürət rekordu FOTOLAR

16.10.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Finlandiya istehsalı olan Valtra traktoru Avstriyada test zamanı sürət rekordu nümayiş etdirib. 

Avtosfer.az xəbər verir ki, yarış trasında sınaq zamanı 245 at gücü mühərrikə malik traktor 87 km/saat sürətə çatıb. Traktor dairəni 3 dəqiqə 36 saniyəyə başa vurub. Bu, sözügedən trasda kənd təsərrüfatı texnikasında qeydə alınan ən yüksək sürətdir.

Əslində bu sürət sırf nümayiş xarakteri daşıyır. Bu sürətə kənd təsərrüfatında ehtiyac yoxdur.

Bu yerdə Azərbaycanla bağlı situasiyanı da xatırlatmaq yerinə düşər. 80-90 kilometr saat sürətlə hərəkət edən traktorların dəfələrlə şahidi olmuşuq.

Belarus traktorların yüksək təzyiqli yanacaq nasosuna müdaxilə edərək bu sürəti almaq mümkündür. Amma bu sürət irəliləyiş deyil, riskdir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью