“Traktor”dan ardıcıl üçüncü qələbə

25.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Traktor”dan ardıcıl üçüncü qələbə

İran çempionatında üçüncü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, “Traktor” öz meydanında “Persopolis”i qəbul edib. 

Matç Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 90-cı dəqiqədə Tomislav Strkalj vurub.

Bununla da, “Traktor” çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb. Təbriz klubu hazırda 9 xalla “İstiqlal”la birgə çempionatın şərikli lideridir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью