Traktordan əzmkar qələbə: Liderliyə yüksəldi

10.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Premyer Liqasının 8-ci turunun təxirə salınan oyunları çərçivəsində Təbrizin "Traktor" klubu ilə Kirman əyalətinin Sircan şəhərinin "Qolqohar" klubu qarşılaşıb.

Axar.az xəbər verir ki, dekabrın 9-da Sircan şəhərinin "Şəhid Süleyman" stadionunda baş tutan görüşdə təbrizlilər qalib gəlib.

Görüşün birinci hissəsində "Traktor"un xorvatiyalı yarımmüdafiəçisi İqor Postonjski qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Buna baxmayaraq, Təbriz təmsilçisi qarşılaşmanı 2-0 hesablı qələbə ilə başa vurub.

Qələbə sayəsində "Traktor" 25 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью