Traktorlarda metal təkər dövrü qayıdır

17.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ötən əsrin 30-cu illərinədək traktorlar adətən metal təkərlə təchiz edilirdi. Sonradan bu texnika rezin təkərə keçdi. Daha ağır iş üçünsə tırtıllı traktorlar saxlandı.  

Avtosfer.az xəbər verir ki, traktor sənayesinin təşəkkül mərhələsində müşahidə olunan vəziyyət geri qayıdır. Fransanın “Somac” şirkəti kənd təsərrüfatı traktorları üçün metal təkərlər hazırlayır. Lakin, bunlar 100 əvvəlki təkərlərə bənzəmir. Metal tor şəklində olan təkər istənilən traktora taxıla bilir və yüngüldür. 

Bu təkərlər traktora rütubətli torpaqlarda, zəif qruntda rahat işləmək imkanı verir. Torpağa təzyiq az olduğundan sərtləşmə də hiss ediləcək həddə olmur. İstehsalçı bildirir ki, iqlim dəyişikliyi, bir çox regionda yağıntıların artması daha enli təkərlərə keçidi şərtləndirir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью