“Traktor”un oyunları TRT də yayımlansın Türk mediası

14.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Təbrizin “Traktor” klubunun Türkiyə və Azərbaycanda da çox sayda tərəfdarlarının olduğunu nəzərə alarq, bu klubun oyunlarının TRT Spor kanalından yayımlanmasını xahiş edirik.

Axar.az xəbər verir ki, bu təklifi Türkiyənin “Tvbenguturk” televizya kanalı irəli sürüb.

Bu, İran televizyasının “Traktor”un vacib oyunlarını yayımlamamasından sonraya təsadüf edir.

Qeyd edək ki, 3 gün əvvəl Asiya Çempionlar Liqası yarışları çərçivəsində “Traktor”un Səudiyyə Ərəbistanında “Əltəavon” komandası ilə keçirilən oyunu İran televizya kanallarının heç birində yayınlanmadı.

Bu, “Traktor” klubu, azarkeşləri və azəraycanlıların geniş etirazları ilə qarşılaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью