Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təbrizin "Traktor" futbol komandası İranda birinci, Asiyada beşinci, dünyada 191-ci yeri tutub.
Axar.az xəbər verir ki, bu haqda "DataMB Futbol" məlumat yayıb.
“Traktor” 1555 xalla digər İran klublarından daha yüksəkdə dayanıb.
İranda 1542 xalla “Sepahan”, 1541 xalla “Persepolis” və 1512 xalla “İstiqlal” növbəti yerləri tutublar.
Asiya cədvəlində yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-Əhli”, Yaponiyanın "Kaşima Antlers" komandaları "Traktor"dan irəlidədirlər; Qətərin “Əl-Sədd” komandası altıncı yerdədir. Bu reytinq 6 sentyabr tarixində keçirilən matçlardan sonra yenilənib.
Qeyd edək ki, xallar klubların rəsmi yarışlardakı nəticələri və performansı, rəqabət səviyyəsi və rəqiblərin nisbi gücünə əsasən hesablanır.