Tramo İranla müharibəni dayandırmadan bu ölkə üçün hərəkətə keçdi

03.03.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarəti kəsməklə hədələyib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ prezidenti bildirib ki, Madrid administrasiyası Amerika hərbi bazasına girişlə bağlı Vaşinqtonun tələblərini rədd etdikdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Onun sözlərinə görə, əgər mövqe dəyişməzsə, ABŞ İspaniya ilə bütün ticarət əlaqələrini dayandıra bilər.

Tramp xüsusilə Madrid rəhbərliyinin qərarını dostluq münasibətlərinə uyğun olmayan addım kimi qiymətləndirib və bunun nəticələrinin ciddi ola biləcəyini vurğulayıb.

Ağ Ev rəhbəri eyni zamanda İspaniyanın NATO çərçivəsində müdafiə xərclərini də tənqid edib. O, bildirib ki, alyans üzvləri üzərlərinə düşən maliyyə öhdəliklərini tam yerinə yetirməlidir və ABŞ təkbaşına daha böyük yük daşıya bilməz.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью