Tramp 1 ildə neçə ölkəni hədələyib?

22.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk ili beynəlxalq arenada sərt ritorika, hərbi təzyiq və genişmiqyaslı ticarət məhdudiyyətləri ilə yadda qalıb.

Modern.az xəbər verir ki, il ərzində bir sıra ölkələrə qarşı hərbi eskalasiya təhdidləri və yüksək tariflərin tətbiqi gündəmə gətirilib.
Venesuela - Nikolas Maduronun və həyat yoldaşının ələ keçirilməsi, ölkədə müvəqqəti idarəetmənin tətbiqi, neft tankerlərinin blokadası, narkoticarətlə məşğul olan gəmilərə zərbələrin endirilməsi.
İran - nüvə obyektlərinə zərbələr endirilməsi, etirazçılara dəstək ritorikası, İranla ticarəti davam etdirən dövlətlərə 25 faiz rüsum tətbiqi təhdinin irəli sürülməsi.
Qrenlandiya - adanın satın alınması və ya ABŞ-a birləşdirilməsi tələbləri, güc tətbiqi ilə bağlı hədələr, 10-25 faiz tariflər fonunda Avropa İttifaqında kütləvi etirazlar və hərbi-siyasi təzyiq.
Çin və Tayvan - 10-30 faiz ticarət rüsumları, Çinin genişmiqyaslı hərbi təlimləri səbəbindən tariflərin 100 faizə qədər artırılması ilə bağlı hədələr (2025-ci ilin oktyabrında müvəqqəti atəşkəs).
Kanada və Meksika - 25 faiz rüsumlar, tariflərin qismən dayandırılması və yenidən tətbiqi, eləcə də mümkün “birləşmə” ilə bağlı açıqlamalar.
Yəmən, Somali, Suriya, İraq, Nigeriya - terrorçu qruplaşmalara qarşı yüzlərlə aviazərbə, yeni xüsusi əməliyyatların başlanması.
Kolumbiya - narkoticarətə görə hərbi əməliyyatların mümkünlüyü ilə bağlı hədələr.
Kuba və Panama - müdaxilə və strateji kanallara nəzarət barədə sərt açıqlamalar.
Qəzza sektoru və İsrail - kövrək atəşkəs, fələstinlilərin köçürülməsi planları ərəb ölkələrinin etirazına səbəb olub.
Tramp 1 il ərzində hərbi əməliyyatların miqyasını sələflərinin daha çox genişləndirib. Vaşinqton həm güc, həm də diplomatik yol ilə qaydaları diktə etdiyini bəyan etsə də, dünyada böyük regional və qlobal münaqişələr riski əhəmiyyətli dərəcədə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью