Tramp 1000 nəfərlə gəlir! Ankarada görünməmiş təhlükəsizlik tədbirləri

06.07.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

7–8 iyul tarixlərində keçiriləcək 36-cı NATO Liderləri Zirvəsi ərəfəsində Ankara fövqəladə təhlükəsizlik tədbirləri ilə diplomatik fəaliyyətin mərkəzinə çevrilib.

Turkustan.az xəbər verir ki, şəhərdə bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb, liderlərin qalacağı ərazilərin ətrafında isə təhlükəsizlik kordonları qurulub. ABŞ Prezidenti Donald Trampın qalacağı otelin də tamamilə bağlandığı bildirilir.

Paytaxt Ankara NATO Zirvəsi səbəbindən kritik həftəyə daxil olub. Tədbirlə əlaqədar şəhərdə təhlükəsizlik və yol hərəkəti tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Ankara Valiliyinin açıqlamasına görə, sammit zamanı təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və vətəndaşların rahatlığının təmin olunması məqsədilə bir sıra marşrutlarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью