Tramp 12 ölkəyə qadağa qoydu SİYAHI

05.06.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp 12 ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edən fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində hesabında paylaşım edib.

“Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına ölkəyə giriş tam, digər yeddi ölkənin vətəndaşlarına isə qismən giriş qadağası tətbiq olunub”, – bildirib.

Məlumata görə, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına isə qismən qadağa qoyulub.

Onlara ziyarətçi və tələbə vizası verilməyəcək.

İstisnalar ABŞ-ın qanuni daimi sakinlərinə və etibarlı vizası olanlara şamil edilir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью