Tramp 12 ölkəyə təhlükəsizliklə bağlı səyahətləri qadağan edib

05.06.2025

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Prezident Donald Tramp milli təhlükəsizliklə bağlı 12 ölkədən ABŞ-a səyahətə qadağa qoyub, daha 7 ölkəyə isə səyahət məhdudiyyəti qoyub.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp birinci prezidentlik dövründə mübahisələrə səbəb olan səyahət məhdudiyyətlərini genişləndirərək yenidən tətbiq edib. Çərşənbə günü verdiyi açıqlamada o, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Somali, Sudan və Yəmənə tam səyahət qadağası tətbiq edildiyini, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuelaya isə qismən məhdudiyyətlər qoyulduğunu bildirib. Bu qadağaların 9 iyun Bazar ertəsi qüvvəyə minməsi gözlənilir.

Tramp administrasiyası bu qərarın milli təhlükəsizlik narahatlıqları və Dövlət Departamentinin hesabatlarına əsaslanaraq verildiyini açıqlayıb. Qadağa tətbiq edilən ölkələrin pasport və səyahət sənədləri ilə bağlı təhlükəsizlik prosedurlarının kifayət qədər güclü olmadığı, həmçinin həmin ölkə vətəndaşlarının ABŞ-da viza müddətlərini aşma hallarının yüksək olduğu iddia olunub. Prezident Tramp Kolorado ştatının Boulder şəhərində viza ilə gəlmiş bir mühacirin iştirak etdiyi son hücuma istinad edərək bildirib: “Bu hadisə ölkəmizə lazımi şəkildə yoxlanmadan daxil olan xarici vətəndaşların yaratdığı təhlükəni ortaya qoyur. Biz onları istəmirik.”

Prezident əlavə edib ki, əgər bu ölkələr öz təhlükəsizlik prosedurlarında təkmilləşdirmələr etsələr, qadağa siyahısına yenidən baxıla bilər, lakin yeni təhlükələr yarandıqca “yeni ölkələr siyahıya əlavə edilə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью