Tramp 1915 ci il hadisələri barədə soyqırımı sözündən istifadə etmədi

24.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələrindən bəhs edərkən "soyqırımı" sözündən istifadə etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib.

O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırıb.

Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью