Tramp 2 keçmiş polis məmurunu əfv edib

23.01.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp 2 keçmiş polis əməkdaşını əfv edib.

Bakıvaxtı.az “The Hill”ə istinadla xəbər verir ki, 2020-ci ildə Karon Hilton-Braun adlı 20 yaşlı qaradərili gənci öldürdüyünə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş Vaşinqton polisi Terens Suttonu  qeyd-şərtsiz əfv edib.

O cümlədən, eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il həbs cəzası alan polis əməkdaşı Endryu Zabavskiyə də amnistiya elan edilib.

Xatırladaq ki, Tramp prezident vəzifəsinin icrasına başladığı gün imzaladığı fərmanla 6 yanvar 2021-ci ildə Konqresə basqında iştirak edən təxminən 1600 nəfəri əfv edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью