Tramp 2020 ci ildən bəri ABŞ də seçkidə baş verən ən böyük qalmaqaldan danışdı

04.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə avtoimza 2020-ci il seçkisindən sonra ən böyük qalmaqal olub.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

"2020-ci ildə saxta prezident seçkisi istisna olmaqla, avtoimza ABŞ tarixindəki ən böyük siyasi qalmaqaldır", - Tramp yazıb.

Onun sözlərinə görə, Bayden prezidentlik dövründə özü heç nəyə imza atmayıb, ona görə də onun dövründə ölkəni dövlət başçısının avtoimzasına çıxışı olan radikal solçular idarə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью