“Tramp 2025ci ildə Ukraynadakı münaqişəyə son qoymaq niyyətindədir” KİV

31.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci ildə Ukraynadakı silahlı münaqişəni həll etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, hərbçilərin mənəvi və fiziki gücünün aşağı düşdüyü, fərarilərin sayının artdığı Ukrayna hərbi cəhətdən xeyli zəifləyib:
“Donald Tramp 2025-ci ildə müharibəni bitirmək istəyir... Prezident Zelenski üçün danışıqlarda Almaniya üçün əhəmiyyətli nəticələrə səbəb olacaq yalnız bir ssenari qalıb”, - deyə materialda deyilir.
Bundan əvvəl Ali Radanın keçmiş deputatı Oleq Tsarev Vladimir Zelenskinin Trampla birbaşa qarşıdurmaya girdiyini bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью