Tramp 2027 ci ildə Özbəkistana səfər edə bilər

19.10.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

ABŞ 2027-ci ildə Prezident Donald Trampın Özbəkistana səfərini təşkil etmək üçün hazırlıqlara başlamağı planlaşdırır.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.

"Biz bu səfərin baş tutmasını istərdik. Gələn il bunun üzərində işləyəcək və mümkün tarixləri müəyyənləşdirəcəyik",- M.Rubio qeyd edib.

O vurğulayıb ki, D.Tramp özü də fürsət yaranacağı təqdirdə Özbəkistana səfər etmək niyyətində olduğunu bildirib.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью