Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni bir gündə ona görə həll etməyib ki, bu, diplomatiyanın gərgin işini tələb edir.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio deyib.
“Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə və ciddiliyə qayıtmaqdır və bu, diplomatiyanın gərgin işidir. ABŞ-ın burada rolu var. Biz Ukraynanı dəstəklədik, lakin bu münaqişə bitməlidir”, - Rubio bildirib.