Tramp 25 noyabrda Floridada Rutte ilə görüşəcək

24.11.2026

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tramp 25 noyabrda Floridada Rutte ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp 25 noyabrda Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək. Bu, Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən 23 noyabrda açıqlanan cədvəlindən irəli gəlir. Tramp və Rutte arasında planlaşdırılan görüş barədə Reuters məlumt yayıb.

Görüş yerli vaxtla saat 16:00-da (26 noyabrda Bakı vaxtı ilə gecə yarısı) Florida ştatının Palm Biç şəhərində keçiriləcək. Görüş jurnalistlər üçün qapalı olacaq. Amerika lideri ilə NATO-nun Baş katibi arasında müzakirənin təfərrüatları dəqiqləşdirilməyib.

Trampın 24 noyabrda Mar-a-Laqo malikanəsinin yerləşdiyi Floridaya səfəri gözlənilir. Amerika lideri ABŞ-da 2026-cı ilin 26 noyabrında qeyd olunacaq Şükranlıq bayramını orada keçirəcək. Trampın 29 noyabrda Ağ Evə qayıtması planlaşdırılır.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью