Tramp: “33 il ötdü, milyonlarla insan həlak oldu” VİDEO

29.10.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasında Vaşinqtonun rolunu vurğulayan Donald Tramp uzun illər ərzində Qarabağ münaqişəsinin insanların həlakına səbəb olduğunu deyib.
“Azərbaycanla Ermənistan arasındakı vəziyyətə baxın. Putin dedi ki, bu əla oldu. Onlar bu müharibəni dayandıra bilməmişdilər. 33 il keçdi, milyonlarla insan öldü. Amma biz bunu etdik. Hər iki ölkə gəldi, burada yaxınlaşmağa başladılar və getdikcə yaxınlaşdılar və bir saat ərzində çox yaxınlaşdılar”, - Amerika lideri bildirib.
Ağ Evin rəhbəri vurğulayıb ki, bu, gözəl mənzərə idi. Belə ki, iki gözəl ölkə və iki gözəl lider bu addımı atdılar.


Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью