Tramp 500 milyard dollar büdcə ilə süni intellektin inkişafı layihəsinin yaradılmasını ela…
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tramp 500 milyard dollar büdcə ilə süni intellektin inkişafı layihəsinin yaradılmasını elan edib ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı axşam saatlarında ABŞ-ın süni intellekt inkişaf etdiricisi “OpenAI”, Yaponiyanın “SoftBank” konqlomeratı və ABŞ-ın proqram şirkəti “Oracle” ilə birlikdə süni intellektin (AI) inkişafı üçün 500 milyard dollarlıq büdcəyə malik yeni şirkət yaradacağını açıqladı.
“Stargate” adlanan layihə gələcək nəsil süni intellektin inkişafı üçün fiziki və virtual infrastruktur yaradacaq.
Xüsusilə, yeni şirkət bütün ölkə ərazisində məlumat mərkəzlərini qurmağa başlamağı planlaşdırır.
"Stargate dərhal süni intellektdə gələcək nəsil nailiyyətləri dəstəkləmək üçün fiziki və virtual infrastrukturun qurulmasına başlayacaq, - Tramp bildirib.
Bura nəhəng məlumat mərkəzlərinin tikintisi daxildir." Trampın sözlərinə görə, üç şirkətin hər biri 100 milyard dollar başlanğıc töhfə verəcək və sonrakı illərdə layihəyə qoyulan ümumi investisiya 500 milyard dollara çatacaq.
"Bu iddialı layihə Amerikanın yeni prezidentin rəhbərliyi altında potensialına inamın güclü təsdiqidir,"-Tramp deyib.
Tramp vurğulayıb ki, demək olar ki, dərhal yeni layihə ABŞ-da 100 mindən çox iş yeri yaradacaq.
Tam oxu
Xəbəri oxu