Tramp “60 dəqiqə” verilişinin bağlanmasını istəyir

14.04.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bununla bağlı ABŞ prezidenti özünün “Truth Social” şəbəkəsində paylaşım edib.
“Onlar xəbər şousu deyillər, onlar sadəcə olaraq xəbər altında maskalanmış vicdansız siyasi xadimdirlər və etdiklərinə görə cavab verməlidirlər”, - Donald Tramp yazıb.
Zelenski Rusiya ilə danışıqların əleyhinədir Ağ Ev rəhbərinin reaksiyası Volodimir Zelenski ilə müsahibənin yayımından sonra olub. Müsahibədə Rusiya ilə danışıqlara qarşı çıxan Ukrayna prezidenti Vaşinqtonu Moskvanın mövqeyinə oxşar fikirlərə malik olmaqda ittiham edib.
Verilişdən sonra Tramp Zelenskinin adını çəkməsə də, yayımı tənqid edərək, bu buraxılışın bütün əvvəlkiləri üstələdiyini vurğulayıb.
Xatırladaq ki, sözügedən verilişdə Volodimir Zelenski, həmçinin amerikalı həmkarı Donald Tramp Ukraynaya dəvət edib. Onun fikrincə, məhz Kiyevə səfərindən sonra Tramp Rusiyanın Ukraynada nələr törətdiyini başa düşəcək.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью