Tramp AB ni alkoqollu məhsullara 200 faiz vergi tətbiq etməklə hədələyib

13.03.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp ölkəsində istehsal olunan viskiyə tətbiq edilən 50 faizlik gömrük rüsumu tezliklə qaldırılmasa, Avropa Bilrliyi (AB) ölkələrindən idxal edilən bütün alkoqollu məhsullara 200 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp AB-nin ABŞ-dan idxal etdiyi viskiyə tətbiq etdiyi 50 faizlik gömrük rüsumu ilə bağlı "Truth Social" hesabından açıqlama verib.

AB-ni "dünyanın ən düşmən və sui-istifadə edən vergi orqanı" kimi xarakterizə edən Tramp, Aİ-nin "ABŞ-ın xeyrinə qurulduğu" fikrini təkrarlayıb.

Tramp xatırladıb ki, Aİ ABŞ istehsalı olan viskilərə 50 faiz gömrük rüsumu tətbiq etmək qərarına gəlib. “Əgər bu rüsum dərhal qaldırılmazsa, ABŞ tezliklə Fransa və digər Aİ ölkələrindən gələn bütün şərab, şampan və spirtli içkilərə 200 faizlik rüsum tətbiq edəcək. Bu, ABŞ-da şərab və şampan biznesi üçün əla fürsət olacaq”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью