Tramp: ABŞ 600 milyard dollarlıq tarif gəliri əldə edib

28.01.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp gömrük tariflərinin ölkəyə təxminən 600 milyard dollar gəlir gətirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

Prezident qeyd edib: “Tariflər uğur üçün vacibdir. Biz 600 milyard dollarlıq tarif gəliri əldə etmişik”.

Tramp əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.

Xatırladaq ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara tariflər tətbiq etdiyini elan edib. Daha sonra bir sıra ölkələrdən gətirilən mallar üçün tarif dərəcələrinə dəyişiklik edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью