Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 31 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan polad və alüminiuma tətbiq edilən tarifi 2 dəfə artırıb.
AZƏRTAC-ın məlumatına görə, əvvəlcə 25 faiz müəyyən edilən tarif 50 faizə yüksəldilib. Bu barədə açıqlama verən Donald Tramp yeni qərarın iyunun 4-dən qüvvəyə minəcəyini deyib. “Polad və alüminium sənayemiz hər zamankından daha güclü şəkildə geri qayıdır. Bu, bizim polad və alüminium sahəsindəki işçilərimiz üçün böyük xəbər olacaq”,- deyə ABŞ Prezidenti əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton