Tramp ABŞ a köhnə təyyarə ilə qayıtdı Səbəb

09.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Türkiyədən Amerikaya dönüşü zamanı Qətərin hədiyyə etdiyi yeni “Boinq” təyyarəsindən deyil, köhnə prezident təyyarəsindən istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Uçuşdan əvvəl keçirilən mətbuat konfransında Tramp bildirib ki, yeni təyyarə Avropaya göndərilib və iki-üç böyük hərbi bazada nümayiş etdiriləcək:

“Biz evə adi qaydada qayıdacağıq”.

Qeyd edək ki, Tramp Ankaraya Qətərin hədiyyə etdiyi 800 milyon dollarlıq təyyarə ilə gəlişini Türkiyə lideri Ərdoğana xüsusi jestlə bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью