Tramp: ABŞ Aİ yə qarşı tariflərlə bağlı qərarı artıq verib

26.02.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Avropa İttifaqından idxal olunan mallara 25 % gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı artıq qəbul edib və bu barədə yaxın vaxtlarda məlumat veriləcək.

Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında bildirib.

"Biz qərar qəbul etmişik. Çox yaxında bunu açıqlayacağıq. Ümumi götürdükdə, bu, 25 % olacaq. Həm də avtomobillərə və hər şeyə münasibətdə olacaq", - D. Tramp deyib.

Tramp qeyd edib: "Avropa ölkələrini bəyənirəm. Amma Avropa İttifaqı ABŞ-dən yararlanmaq üçün yaradılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью