Tramp: ABŞ artıq Ukraynaya pul ödəmir

25.08.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq Ukraynaya maliyyə yardımı göstərmir.
“Biz artıq Ukraynaya heç nə ödəmirik, siz bunu bilirdinizmi?” – deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında vurğulayıb.

Doğru.az xəbər verir ki, bundan əvvəl Finlandiya prezidenti Alexander Stubb Trampın “səbrinin tükəndiyini” demişdi. Britaniyanın “The Telegraph” qəzeti isə yazıb ki, əgər Amerika prezidentinin təşəbbüsləri reallaşmasa, Kiyev ciddi fəlakətlə üzləşə bilər.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью