Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton Pekinin Panama kanalının fəaliyyətinə təsirindən narazıdır.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.
“Biz onun idarə olunmasından, Çinin təsirindən razı deyilik.
Təxminən bir il əvvəl vəziyyətə baxdığımızda, orada demək olar ki, hər bir işarə Çin dilində idi.
Sonra dedim ki, kanalı Çinə vermədik, Panama verdik”, - deyə Amerika lideri qeyd edib.
Trampın fikrincə, Vaşinqton Panama da daxil olmaqla, ümumiyyətlə, “kanaldan əl çəkməməliydi”.
“Biz hazırda Panama ilə bu məsələ üzərində işləyirik. Nə edəcəyimizə biz qərar verəcəyik”, - deyə prezident əlavə edib.