Tramp ABŞ da sursat çatışmazlığı iddialarını rədd etdi

06.08.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin ciddi sursat çatışmazlığı ilə üzləşdiyinə dair yayılan məlumatları qətiyyətlə təkzib edib.

Turkustan.az xəbər verir ki, o bu cür iddiaları yayan şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada ABŞ-ın kifayət qədər hərbi ehtiyata malik olmadığını iddia edən məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

"ABŞ-da, xüsusən də müəyyən növ sursatlardan kifayət qədər çoxdur. Bundan əlavə, ehtiyac yarandıqda böyük həcmdə istehsal olunur və ölkəyə çatdırılır", – deyə Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin müdafiə sənayesinin ölkə tarixində ən genişmiqyaslı istehsal və tikinti dövrünü yaşadığını bildirib.

"Müdafiə şirkətləri ABŞ tarixində ən çox obyekt və zavod tikirlər. Bu xəyanət xarakterli məlumatları sızdıranlar məsuliyyətə cəlb olunur. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb ediləcək", – deyə Tramp əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью