Tramp ABŞ da TikTok un taleyini Çinlə müzakirə etmək niyyətində olduğunu bildirib

20.02.2025

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tramp ABŞ-da TikTok-un taleyini Çinlə müzakirə etmək niyyətində olduğunu bildirib


ABŞ administrasiyası Çin hakimiyyəti ilə ölkədə TikTok sosial şəbəkəsi ətrafındakı vəziyyəti müzakirə edəcək.
Oxumani.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə günü Floridadan Vaşinqtona qayıdan təyyarəsində jurnalistlərlə söhbətində deyib.
“Bir çoxları TikTok-la maraqlanır və bizim yaxşı iş görmək şansımız var, biz Çinlə də danışacağıq”, - dövlət başçısı qeyd edib.
"TikTok-u ayaqda saxlamaq və onu əla iş görəcək birinə satmaq əla olardı," –Tramp deyib. Bundan əvvəl Tramp ABŞ-da TikTok-un bloklanmasının gecikdirilməsinin uzadıla biləcəyini bildirmişdi.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью