Tramp: ABŞ daha bir hərbçisini itirdi VİDEO

20.07.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində həlak olan amerikalı hərbçilərin sayının artdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tramp "üç böyük vətənpərvərin" həyatını itirdiyini bildirib.
Halbuki bundan əvvəl İordaniyadakı bazalara endirilən zərbələr zamanı iki amerikalı hərbçinin öldüyü barədə məlumat verilmişdi.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ümumilikdə dörd hərbçinin həlak olduğunu açıqlayıb. Bildirilir ki, onlardan biri İraq ərazisində öldürülüb, digərinin meyiti isə İordaniyadakı hərbi obyektdə aşkar edilib.
 

Məlumata görə, bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ-ın "Əli əs-Səlim" hərbi bazasına da zərbə endirib. İranın Tasnim agentliyi hücum nəticəsində ABŞ-a məxsus erkən xəbərdarlıq radiolokasiya sistemi, avadanlıq və aviasiya ehtiyat hissələrinin saxlanıldığı anqar, eləcə də MQ-9 pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan anqarın məhv edildiyini iddia edib.


Bununla yanaşı, Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların dəf edildiyini açıqlayıb və ölkə vətəndaşlarını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью