Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü NBC mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Tramp qəzəblənib və onlar artıq sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası rəhbəri Tomas Homanı, eləcə də daxili təhlükəsizlik naziri Kristi Noemə məlumat veriblər. "Daha çox insanı deportasiya etmədikləri üçün dəli olur", - deyə NBC-nin adı açıqlanmayan həmsöhbəti Trampın reaksiyasını təsvir edib.
Televiziya şirkətinin məlumatına görə, Homan ABŞ-ın İmmiqrasiya və Gömrük Xidmətinin fəaliyyətindən də narazıdır və ölkədə qeyri-qanuni olan daha çox insanın saxlanmasını, deportasiya edilməsini tələb edir.
Yanvarın 20-də Trampın andiçmə mərasimindən bəri ICE gündə rekord 1,1 min həbs edib, halbuki ildə ən azı 1 milyon miqrantın deportasiyası 2,7 mindən çox insanın gündəlik qovulmasını tələb edir. Eyni zamanda, NBC-nin qeyd etdiyi kimi, həbslərin sayı heç də həmişə deportasiyaların sayına bərabər olmur. Televiziya şirkəti xatırladır ki, Tramp hakimiyyətə gəldikdən sonra ilk iki həftədə saxlanılan 8 min immiqrantdan 461 nəfəri azad edilib.
Qadir, Bizimyol.info