Tramp ABŞ dan dizel yanacağının ixracına qadağa qoyula biləcəyini açıqlayıb

28.09.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkədən dizel yanacağının ixracına qadağa qoyulması imkanının ciddi şəkildə nəzərdən keçirildiyini bildirib.

Tramp bunu İllinoys ştatının Çikaqo şəhəri yaxınlığında keçirilən “Presidents Cup” qolf turniri zamanı “Fox News” telekanalının aparıcısı ilə söhbətində deyib.

“Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk. Bu, avtomobillər üçün benzinin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər. Buna görə də məsələni son dərəcə ciddi araşdırırıq. Biz belə bir addım ata bilərik”, – deyə ABŞ Prezidenti bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью