Tramp ABŞ də aviasiya sistemindəki problemlərə görə Bayden administrasiyasını günahlandırıb

16.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkənin Federal Aviasiya Administrasiyasının (FAA) fəaliyyətindəki problemlərə görə Co Baydenin əvvəlki administrasiyasını günahlandırıb.

AZƏRTAC xəbər verir ki, Tramp “Truth Social” platformasında Bayden administrasiyasının aviasiya sisteminə böyük ziyan vurduğunu, vəsaitlərin səmərəsiz xərcləndiyini bildirib.

Qeyd edək ki, cümə günü FAA 22 regional hava hərəkətinin idarəetmə mərkəzində avadanlıq problemləri səbəbindən uçuşları təxirə salıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью