Tramp ABŞ də kömürdən enerji istehsalına icazə verib

18.03.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp administrasiyasına kömürdən yanacaq kimi istifadə etməklə enerji istehsalına başlamaq üçün icazə verdiyini bildirib.

APA xəbər verir ki, Tramp bununla bağlı “Truth” hesabında məlumat verib.

“İllərcə ekoloji ekstremistlər, dəlilər, radikallar və quldurların əsirliyində qaldıqdan sonra, digər ölkələrə, xüsusən də Çinə yüzlərlə kömürlə işləyən elektrik stansiyası açmaqla bizim üzərimizdə böyük iqtisadi üstünlük əldə etməyə icazə verildiyi halda, mən administrasiyama dərhal gözəl, təmiz kömürdən enerji istehsalına başlamaq üçün icazə verirəm”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью