Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ölkənin bütün hava limanlarından uçuşların müvəqqəti dayandırılmasının aviasiya infrastrukturunda köhnəlmiş və nasaz avadanlıqlarla bağlı ola biləcəyini ehtimal edib.
Teleqraf xəbər verir ki, Trampın fikirlərini “Fox News” telekanalının jurnalisti Piter Dusi çatdırıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Federal Aviasiya Administrasiyasının fəaliyyətində istifadə olunan infrastrukturun köhnə və nasaz avadanlıqlarla dolu olduğunu bildirib.
Jurnalist əlavə edib ki, Tramp problemin kiberhücum və ya süni intellektlə əlaqəli olmadığını düşünür. Prezidentin sözlərinə görə, belə genişmiqyaslı kiberhücum baş versəydi, bunu törədən tərəfin məsuliyyəti üzərinə götürməsi gözlənilən olardı.