Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən ABŞ prezidenti Donald Trampın dediyinə görə, “özünü deportasiya” proqramı çərçivəsində qeyri-qanuni mühacirlər təqaüd alacaq və gələcəkdə ABŞ-yə qayıtmaq üçün potensial şans əldə edəcəklər.
“Biz onlara bir az pul və təyyarə bileti verəcəyik və onlarla işləyəcəyik. Əgər özlərini yaxşı aparsalar, mümkün qədər tez geri qaytarmaq üçün onlarla iş aparacağıq”, - ABŞ prezidenti vurğulayıb.
Latın Amerikası liderləri təcili görüş keçirəcəklər Qeyri-qanuni miqrasiya ilə mübarizə Trampın əsas seçki vədlərindən biridir. “The Washington Post” qəzetinin yazdığına görə, Ağ Ev administrasiyası ilin sonuna qədər bir milyon qeyir-leqal mühaciri ABŞ-dən deportasiya etməyi planlaşdırır.
Qeyd edək ki, Tramp administrasiyasının qeyri-leqal miqrantların zorla ABŞ-dən çıxarılması yönündə atdığı ilk addımlar Latın Amerikası ölkələrində ciddi narazılıq doğurub.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Biz onlara bir az pul və təyyarə bileti verəcəyik və onlarla işləyəcəyik. Əgər özlərini yaxşı aparsalar, mümkün qədər tez geri qaytarmaq üçün onlarla iş aparacağıq”, - ABŞ prezidenti vurğulayıb.