Tramp: ABŞ digər ölkələrə məlum olmayan silahlara sahibdir | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton digər ölkələrə məlum olmayan silah sistemlərinə sahibdir.
APA xəbər verir ki, Tramp bu barədə "NewsNation" telekanalına müsahibəsində danışıbO, Venesuelada həyata keçirilmiş hərbi əməliyyat zamanı guya səs silahından istifadə edilməsi ilə bağlı jurnalistin sualını şərh edərkən belə deyib: “Bizim elə silahlarımız var ki, onlar haqqında heç kim bilmir.
Yəqin ki, bunu açıqlamamaq daha yaxşı olardı, amma bizim çox heyrətamiz silahlarımız var”, – deyə Tramp qeyd edib.
ABŞ administrasiyasının rəhbəri sözügedən silahlarla bağlı hər hansı detal açıqlamayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu