Tramp: ABŞ dünyadakı seçkilərə milyonlar xərcləyib

20.02.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton bütün dünyada seçkilərə müdaxilə etmək üçün milyonlarla dollar xərcləyib. 

Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Tramp ABŞ-nin Hindistanda təkcə seçici fəallığına 21 milyon dollar xərcləndiyini göstərən məlumatlara istinad edib.
"Biz bu barədə Hindistan hökumətinə deməliyik”, - o qeyd edib.

Tramp eyni zamanda Rusiyanın ABŞ-dəki seçkilərə müdaxiləsinə təxminən 2 milyard dollar xərclədiyini də dilə gətirib.
"Bu böyük hadisədir, elə deyilmi?" - deyə o istehza ilə sual edib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью