Tramp: ABŞ gələn həftə İranla danışıqlar aparacaq, saziş imzalaya bilərik

25.06.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ gələn həftə İranla danışıqlar aparmağı gözləyir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO sammitindən sonra keçirdiyi brifinqdə bildirib.
Tramp deyib ki, ABŞ və İran rəsmiləri gələn həftə müharibənin bitməsi ilə bağlı danışıqlar aparacaq: “ABŞ gələn həftə İranla danışıqlar aparacağını gözləyir, saziş imzalaya bilərik. Nüvədən başqa razılaşma məni maraqlandırmır”, - Tramp qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью