Tramp ABŞ hegemonluğunu planlı şəkildə gücləndirir

23.01.2026

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Trampın siyasəti xaotik deyil, konkret ssenari üzrə mərhələli şəkildə icra olunur. Ziddiyyətli açıqlamalara baxmayaraq, aqressiv xətt dəyişmir. Tramp “Modura əməliyyatı”nı psixoloji hücum və dövlət başçılarına qarşı təhdid aləti kimi istifadə edir. Bu əməliyyatın əsas məqsədi “qorxu” panikası yaymaq idi. Trampın Qrenlandiya və Cənubi Amerika ilə bağlı təhdidləri də “qorxu və qazanc” siyasətidir. Lakin “Modura əməliyyatı”ndan sonra Tramp artıq bu tip əməliyyatları təkrarlaya bilməyəcək.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, gizli deyil ki, Trampın təklif etdiyi Sülh Şurasının hədəfi təkcə Qəzza deyil; məqsəd BMT-ni əvəzləmək və qlobal idarəçiliyi hüquqla yox, güc yolu ilə formalaşdırmaqdır. Trampın dünyanı bildiyi kimi idarə etdiyi və bunun ABŞ dövlət siyasəti olmadığı fikri yanlışdır. Onun ikinci dönüşünün ilk aylarında impiçment cəhdi olsa da, Rusiyaya isti münasibətinə və NATO daxilində parçalanma riski yaratmasına baxmayaraq, Trampa qarşı real məhdudiyyətlər tətbiq edilmir, özü də heç “Deep State” tərəfindən də.
Bu da göstərir ki, Tramp dövlətin strateji xəttindən kənara çıxmır, əksinə, ABŞ hegemonluğunu planlı şəkildə gücləndirir:

"Trampın özünü həmin Sülh Şurasının sədri və veto hüququnu yalnız ABŞ Prezidentinin səlahiyyəti kimi təqdim etməsi hüquq fəlsəfəsinin köklü dəyişməsi — “legal paradigm shift”, yəni hüququn mahiyyəti, mənbələri, məqsədi və tətbiq üsulları ilə bağlı əsas düşüncə modelinin dəyişməsidir. Bu yanaşma “reconstruction of legal discourse” (hüquq haqqında düşünmə, izah və legitimləşdirmə üsullarının dəyişməsi) anlayışını da özündə əks etdirir. Əslində elə dünyada gücün haqqı beynəlxalq hüququ özünə uyğun şəkildə formalaşdırmışdı. Trampın yeritdiyi güc isə həmin hüququn çılpaq modelidir.

Bu yanaşma BMT-nin və Təhlükəsizlik Şurasının rolunu zəiflədərək qlobal idarəçiliyi tək mərkəzdən həyata keçirmə niyyətini göstərir. Müstəqillik və suverenlik anlayışları nisbi, daxili subyektlərə çevrilir. Son günlər isə Rusiya ruporları - Solovyov, Duqin və sair - keçmiş sovet respublikalarının suverenliyinə qəsd etməyə çağırır, bunu təbliğ edirlər".

Trampın həyata keçirdiyi bu siyasətlərin Moskva üçün müsbət təsir göstərdiyi mənzərə var. Rusiya–Ukrayna müharibəsinin arxa plana keçməsi, Avropanın diqqətinin daxilə (Qrenlandiya) və Yaxın Şərqə yönəlməsi Rusiyaya müəyyən strateji manevr imkanları yaradır. Lakin düşünürəm ki, Tramp bu vəziyyəti Rusiyanın xeyrinə olan müvəqqəti üstünlük kimi qiymətləndirir.

Bu proseslər böyük dövlətlər arasındakı qarşıdurma görüntüsü əslində elə razılaşdırılmış bölgü ssenarisi təəssüratı yaradır. Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı “ABŞ onu götürməsə, ya Rusiya, ya da Çin işğal edəcək” açıqlaması da bu razılaşmanın dolayı sübutu kimi qiymətləndirilə bilər. Dünən Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Qafqazı “Putinin ərazisi” adlandırıb:

"Əvvəlki yazımda qeyd etmişdim ki, Azərbaycanın “Sülh Şurası”na üzvlüyü də mümkündür və artıq dünən Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.
Azərbaycan xaotik görünən beynəlxalq mühitdə özünü qorumaq üçün siyasi ittifaqlarını və xarici siyasət imkanlarını gücləndirir. Güclü və qalib tərəf ittiham edilmir və bu mövqedə Azərbaycan güclü tərəf olaraq yer alır.

Qaldı ki, Trampın “Qafqaz Putinin ərazisidir” ifadəsinə, Tramp açıqlamasını Davos səfərindən cəmi bir gün əvvəl səsləndirib. Ancaq Davos platformasında isə Qafqaz ölkələri - həm Azərbaycan, həm də Ermənistan - “Sülh Şurası”na üzv qəbul edilib. Demək, prosesdə Trampın ifadəsinin Putinin "arxa baxça" hesab etdiyi Qafqazdakı planlaşdırdığı dünənki Davos uğurunu ağırlaşdırmaq istəyir. Üslub isə Trampın şəxsi xüsusiyyətinə tam uyğun gəlir.

Həmçinin, Tramp ümumi Qafqaz ifadəsini işlədir, Cənubi Qafqaz yox. Düşünürəm ki, Tramp region anlayışını qəsdən ümumi saxlayaraq qeyri-müəyyənlik mənzərəsi yaradaraq həm də siyasi-psixoloji təsir aləti işə salır, Qafqazın daxilindən Rusiya üçün konkret sərhədlər göstərilir.

Tramp çox irəli çıxıb və artıq onun xaotik, ziddiyətli açıqlamaların özünün sistemli ardıcıllığı müəyyən konkret xəttə qanunauyğunluğu göstərir. Demək Trampın qeyri-müəyyənliyi onun siyasi gedişlərinə rəqiblərinin qabaqlayıcı tədbirləri görməyi çətinləşdirir. Hazırda isə Trampın ən çətin problemi məhz İranla bağlı proseslərdir. Çin və Rusiyanın isə İrana ümudləri artmaqdadır".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью