Tramp: ABŞ HƏMAS a qarşı güc tətbiq etməyə hazırdır

20.10.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib.

"Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib", – ABŞ lideri bildirib.

Eyni zamanda Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır:

"HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq".

Qeyd edək ki, İsrail və HƏMAS bundan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью