Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat verib.
“Biz onlara qarşı sərt şəkildə zərbə endirəcəyik. Onlar bunun nəticəsini görəcəklər”, - deyə Trampın sözlərini telekanalın efirində sitat gətirilərək səsləndirilib.
Bununla yanaşı, ABŞ lideri İranla danışıqları davam etdirməyə hazır olduqlarını da bildirib. “Biz onlara danışıqlar aparmağa imkan verəcəyik”, - deyə Tramp bildirib.
Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İordaniya ərazisində yerləşən aviabazasına və burada yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahına ballistik raketlərlə hücum etdiyini açıqlamışdı.
Hadisə fonunda Vaşinqton və Tehran arasında gərginliyin daha da artdığı bildirilir. ABŞ rəhbərliyi hücuma cavab tədbirlərinin görüləcəyini bəyan etsə də, Tramp diplomatik danışıqlar üçün imkanların saxlanıldığını da vurğulayıb.
Bizimyol.info