Tramp: ABŞ husilərə qarşı zərbələri uzun müddət davam etdirəcək

27.03.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının mövqelərinə uzun müddət zərbələr endirmək niyyətindədir.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu zərbələr çox uğurlu oldu. Biz onları çox güclü və uğurlu şəkildə vurduq. Bunu uzun müddət davam etdirəcəyik", - Tramp deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью