Tramp: ABŞ ın 51 ci ştatı olmaq Kanadaya sərf edəcək

10.02.2025

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp  51-ci ştat kimi ABŞ-a birləşməyin Kanada üçün sərfəli olacağını söyləyib.
Tramp "Foks Nyus" telekanalına müsahibəsində deyib: "Zənnimcə, ABŞ-ın 51-ci ştatı olmaq Kanada üçün xeyli yaxşı olardı. Biz hər il Kanada üzündən 200 milyard dollar itiririk. Bunun davamına yol verməyəcəyəm. Bu, həddindən artıq çoxdur. Niyə biz hər il Kanadaya 200 milyard dollar həcmində subsidiyalar xərcləməliyik? Onlar bizim 51-ci ştatımız olsa, buna qarşı çıxmaram".
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью