Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Onlar uzun müddətdir Amerika hərbi gücünə güvəniblər”
“ABŞ-ın Avropa müttəfiqlərinin hərbi gücü zəifdir, çünki onlar uzun müddətdir Amerika hərbi gücünə güvəniblər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.
Tramp bildirib ki, NATO ölkələri öz müdafiələrinə daha çox sərmayə qoymalı idilər: "Onların yaxşı hərbi gücü yoxdur, çünki onlar bizə çoxdan güvəniblər".
Tramp həmçinin əvvəlki Co Bayden administrasiyasını tənqid edərək, onun 350 milyard dollar dəyərində silah payladığını qeyd edib.
O, ABŞ-ın indi pul ödəməyə hazır olan avropalılara silah satdığını vurğulayıb.