Tramp ABŞ ın Avropadakı qüvvələrinə yeni komandan təyin edib

05.06.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp general Aleksus Qrinkeviçi Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı və ABŞ-ın Avropadakı Baş Komandanı təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qrinkeviç əvvəllər Birləşmiş Qərargah Rəislərinin Əməliyyatlar üzrə direktoru vəzifəsində çalışıb.

"Defence News"-a görə, Qrinkeviç Pentaqonda ABŞ-ın ən perspektivli generallarından biri kimi şöhrət qazanıb. O, F-16 və F-22 döyüş təyyarələrini idarə edən keçmiş pilotdur. Qrinkeviç həmçinin CENTCOM-da dörd il xidmət edib və Yaxın Şərqdəki ABŞ qüvvələrinə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью