Tramp ABŞ ın İrana zərbələri davam etdirə biləcəyini istisna etməyib

01.09.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələrin davam etdirilə biləcəyini bildirib.

APA xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

İrandakı vəziyyəti şərh edən Tramp ölkənin tənəzzül içində olduğunu vurğulayıb.

O bildirib ki, İranın liderləri ölüblər, ölkənin donanması və hərbi hava qüvvələri isə artıq mövcud deyil.

“Lakin bu, bizim onlara yenidən zərbə endirməyəcəyimiz demək deyil. Görək nə baş verəcək”, - Tramp əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью